"Legiya"dan getməyə israrla çalışan millimizin hücumçusu Mahir Emrelinin adı Zaqreb "Dinamo"su ətrafında hallanmaqda davam edir. Sport24.az xəbər verir ki, Xorvatiya mətbuatı bu ölkənin son çempionunun ön xətti gücləndirməklə bağlı variantlar arasında Mahirin adının gündəmdə qaldığı vurğulanır. 

Bildirlir ki, Mahir "Dinamo"ya çox maraqlıdı. Bu, əsas ona görə ki, 25 yaşlı futbolçumuzun transferi çox bahalı olmayacaq. Üstəlik, Emreli potensial olaraq gəlirli futbolçu ola bilər. Amma onunla bağlı sənəd probleminin olduğu da qeyd olunur. Bu yerdə bildirək ki, Mahir tutduğu xarici vəkillər sayəsində "Legiya" ilə uzunmüddətli müqaviləsini pozmağa çalışır. 

Emreliyə rəqib xorvatiyalı həmkarı Antonio Mirko Çolak sayılır. Məsələ ondadı ki, "Dinamo"nun 29 yaşlı bu hücumçudan imtina eləmədiyi də vurğulanır. Sadəcə, Çolakın kompenasiya ilə bağlı problemi var. Çünki müqaviləylə məxsus olduğu İsveçin "Malmö" klubu onu 3 milyon avrodan aşağı məbləğə buraxmayacaq. Bu isə "Dinamo" üçün həddən çox bahalı transfer sayılır.