Azərbaycan millisinin məşqçilərindən olan Fabio Qallo karyerasına İtaliyada davam edəcək. Sport24.az İtaliya mətbuatına xəbər verir ki, Canni de Byazinin köməkçisi “Foca”ya rəhbərlik edəcək.

​İtaliyalı mütəxəssisin adıçəkilən klubla 1 illik müqavilə imzalayacağı gözlənilir. "Foca" hazırda İtaliya C seriyasında mübarizə aparır.

Xatırladaq ki, 52 yaşlı Qallo bu ilin iyunda De Byazinin əsas köməkçisi olaraq millimizdə fəlaiyyətə başlayıb.