Misli Premyer Liqasında XX turun açılış matçını milli komandamızın məşqçisi Arif Əsədov da stadiondan izləyir. Sport24.az xəbər verir ki, italiyalı baş məşqçi Canni de Byazi azərbaycanlı köməkçisini Sumqayıta göndərib.

Belə ki, Əsədov "Sumqayıt" - "Turan Tovuz" görüşünü keçirildiyi "Kapital Bank Arena"nın fəxri tribunasından seyr edir.

Xatırladaq ki, de Byaziylə Əsədov klublarımızın Antalyadakı təlim-məşq toplanışlarını izləməyə yollanmışdılar.