Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının açılış oyununun baş hakimi müəyyənləşib.

Sport24.az xəbər verir ki, A qrupu çərçivəsində keçiriləcək Qətər - Ekvador matçı italiyalı Daniel Orsatoya tapşırılıb.

Lakin ona bu oyunda hansı hakimlərin kömək edəcəyi açıqlanmayıb.

Noyabrın 20-də baş tutacaq bu qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.