AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif turnirlərlə bağlı aşağıdakı qəarlar qəbul olunub.

U-12 Liqasının 9-cu turunun “Aran” FK (Ağcabədi) – “Mil-Muğan” oyununda “Aran”nın heyətində yetərsay olmadığı üçün matç baş tutmamağına görə bu komandaya 0:3 hesabı ilə məğlubiyyət verilib.

U-10 Liqasının 9-cu turunun “Nabran” (Xaçmaz) – “Kavkaz” oyununda “Kavkaz”ın heyətində yetərsay olmadığı üçün matç baş tutmadığı üçün bu komandaya 0:3 hesabı ilə məğlubiyyət verilib.

U-14 Liqasının 6-cı turunun “Məhəllə Uşaqları” (Sumqayıt)  – “Siyəzən” oyununda “Məhəllə Uşaqları” oyuna vaxtında gəlmədiyi üçün oyun keçirilməyib. Bu səbəbdən “Məhəllə Uşaqları” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 Liqasının 12-ci turunun “Səbail” – EFA oyununda EFA-nın futbolçusu Cavid Efendiyev hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb. EFA-nın azarkeşləri meydana daxil olaraq hakimlərə qarşı fiziki təzyiq göstərdiyi üçün EFA növbəti 3 oyunu azarkeşsiz keçirəcək.

U-11 Liqasının “Ramal TƏRTƏR U-11”  – “Şırvan Ağdaş U-11” oyununda “Ramal TƏRTƏR U-11” oyuna vaxtında gəlmədiyi üçün oyun keçirilməyib. Bu səbəbdən “Ramal TƏRTƏR U-11” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.