"Qarabağ"ı "Olimpiakos"dan daha yaxşı tanıyıram. Üç il orda oynamışam. Azərbaycan çempionunun növbəti mərhələyə vəsiqə qazanmaq üçün kifayət qədər şansı var". Sport24.az xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçusu Çumbinyo "Olimpiakos"la  UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu ilə bağlı Yunanıstan mətbuatına müsahibəsində deyib.

2010-13-cü illərdə müqavilə ilə Pirey təmsilçisinə məxsus olan 36 yaşlı oyun qurucusu Ağdam klubuyla bağlı xoş sözlər ifadə edib: "Mənə bu klubda oynamaq imkanı verən kluba təşəkkür edirəm. Bakını çox bəyəndim, orda gözəl vaxt keçirdim. Komandalar çox sərt qrupda mübarizə aparır. "Olimpiakos"un rəqibləri ilə başabaş mübarizə aparacağına inanıram".

Hazırda Yunanıstanda "Etnikos"da çıxış edən Çumbinyo 2013-15-ci illərdə ölkəmizdə legioner həyatı yaşayıb. O, "köhlən atlar"da başına gələn maraqlı xatirələrindən birini də bölüşüb: "Avrokubok oyunu üçün Avstriyaya yollanmışdım. Bütün futbolçular avtobusda oturub gecikən komanda yoldaşını gözləyirdi. O geciksə də, gülərək gəldi. Baş məşqçi həmin oyunçuya baxaraq, bütün heyətin onu gözlədiyinə sevinib-sevinmədiyini soruşdu. Əslində, ona belə dedi: "Biletinizi kassada bron edin və səyahətinizdən həzz almağa hazırlaşın". Çox gözəl replika idi".

Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.