“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-offundakı rəqibi bəlli olub.

Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti raundda Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qarşılaşacaq.

Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi "Şerif"i evdə də eyni hesabla udaraq, pley-offa vəsiqə qazanıb.

“Qarabağ" isə ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. “Qarabağ” “Viktoriya”ya qarşı ilk oyununu evdə, cavab matçını səfərdə keçirəcək.