Futbol üzrə Çempionlar Liqasının 2021/22 mövsümünün qrup mərhələsinin ilk iştirakçısı məlum olub. Sport24.az xəbər verir ki, bu, Almaniyanın “Bavariya” klubudur. 

Bundesliqanın 28-ci turunda Berlin “Union”u ilə heç-heçəyə razılaşan Münhen təmsilçisi mövsümü ilk dörd sırada bitirməyi təmin edib. “Bavariya” – “Union” matçı 1:1 hesabıyla bitib.

“Bavariya” hazırda Bundesliqada 65 xalla liderdir.