Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Son ölkə çempionu “Neftçi” doğma meydanda kubokun qalibi olmuş “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu görüşdə ilk xal və ya xallarını qazanmağa çalışıblar. Amma meydan sahibləri onları bu oyunda 3 cavabsız qolla məyus edib.

Tura sabah keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq. İlk oyun günündə “Qəbələ” “Səbail”ə 5:0 hesabıyla qalib gəlib, “Zirə” – “Sabah” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan Premyer Liqası
4-cü tur

19 sentyabr

“Neftçi” – “Keşlə” 3:0
Qol: S.M.Kolli, 36. R.Maçado, 50. İ.Zülfüqarlı, 68.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov.
Bakı. “Bakcell Arena”, 18:30.

Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 10. Sezar Meza Kolli, 4. Huqo Basto, 36. Mamadu Kane, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 19. Fəhmin Muradbəyli, 97. Xəyal Nəcəfov, 3. Mamadu Mbodj, 91. Ramon Maçado, 9. Tyaqo Bezerra, 98. Famil Camalov, 72. Emin Zamanov, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Samir Abasov.
Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 29. Amil Yunanov, 77. Merab Giqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 99. Rafael Məhərrəmli, 21. Miyusko Boyoviç, 17. Omar Qudiabi, 50. Samir Abdullayev, 33. Fərid Nadirov.
Baş məşqçi: Sənan Qurbanov.