Azərbaycanlı futbolçu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti matçına çıxıb. Sport24.az xəbər verir ki, onun formasını geyindiyi "Arda" Plovdiv "Lokomotiv"ini qəbul edib.

 

16-ci tur çərçivəsində keçirilən qarşılaşma həmyerlimizin klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb. Hüseynov 89-cu dəqiqədə meydana daxil olub və 5 dəqiqə oynayıb.

 

Qeyd edək ki, ardıcıl 5-ci qələbəsini qazanan "Arda" turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Onların aktivində 30 xal var.