Mayın 8-də saat 18:15-də İspaniya La Liqasının 35-ci turunda keçiriləcək “Barselona” – “Atletiko” matçı Azərbaycan Premyer Liqasının 26-cı turunun “Keşlə” – “Sumqayıt” oyunu ilə üst-üstə düşür. Sport24.az xəbər verir ki, qarşılaşmaların canlı verilməsi ilə bağlı “CBC Sport” telekanalı açıqlama yayıb.

Belə ki, tamaşaçıların çoxsaylı istəkləri nəzərə alınaraq, “Barselona” – “Atletiko” qarşılaşması “cbcsport.tv” saytı vasitəsilə canlı təqdim olunacaq.

Telekanal yarandığı gündən Azərbaycan çempionatı prioritet sayıldığından, “Keşlə” – “Sumqayıt” oyunu “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.