Azərbaycan Premyer Liqasının XV turunun "Sabah" - "Səbail" oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

 

- Rəqibi təbrik edirəm. Oyunun çətin olacağı məlum idi. Çünki heyətlə bağlı problemlərimiz var. Ən çox əziyyət çəkdiyimiz məqam hücum fazasındadır. Çox dişsizik. Oyun üslubumuz var, amma hücumda problemlər yaşayırıq. Üzərimizə düşən odur ki, qışa qədər səbr edək. Çalışacağıq ki, növbəti oyunda nəticə əldə edək. Başqa şansımız yoxdur.

 

- Rəhbərlik sizə transferlərlə bağlı nə söz verilib?

- Hücumçu vacibdir və iş gedir. Bəyəndiyimiz oyunçular var. Danışıqlar gedir, zamanla bəlli olacaq.

 

- Neçə transfer istəyirsiniz?

- Hələ bəlli deyil. Zədəli oyunçularımız çoxdur. Gitay və Madi 4 gündür, məşq edir. Bu gün meydana çıxdılar. Heyətlə bağlı durum ürəkaçan deyil.

 

- Bu qədər oyunçunun zədəli olmasının səbəbi nədir?

- Düzü, bu, mənə qədər olan problemdir. Bu haqda indi danışmaq düzgün deyil. Fakt odur ki, bu qədər zədəlimiz var. Səbəblər haqda danışmaq istəmirəm.

 

Nuh Tarverdiyev