Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi "Zirə"nin məşqində olub. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis Bakı Olimpiya Stadionun ehtiyat meydançasında baş tutan məşqi izləyib. 

65 yaşlı de Byazi hazırlıq prosesindən əvvəl və sonra qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovla, onun məşqçilər korpusunun digər üzvləri ilə fikir mübadiləsi aparıb.