"CBC Sport"un Premyer Liqamızın XIII turuna şərhçi təyinatları bəllidi. Sport24.az xəbər verir ki, turun açılış matçını Ramil Cahangirov şərh edəcək. Söhbət bu gün saat 16:00-da "ASK Arena"da keçiriləcək "Keşlə" - "Səbail" oyunundan gedir. Bundan sonra - saat 18:15-də "Azərsun Arena"da baş tutacaq "Qarabağ" - "Sabah" görüşündə Pərviz Musayev şərhçi olacaq.

Sabah saat 16:00-da "Bakcell Arena"da "Neftçi" - "Sumqayıt" matçında Şəmsəddin Abbasov şərhçilik edəcək. Bundan sonra - saat 18:15-də tura yekun vuracaq mərkəzi matç "Zirə" - "Qəbələ"ni Rüstəm Əfsərlinin şərhində izləyəcəyik.