Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən "Sumqayıt" - "Sabah" oyunundan (0:4) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

 

- Kubok oyunları asan keçmir. İlk oyunda heç-heçə etmişdik. Demək olar ki, bu oyunda əvvəlki matçlarda vura bilmədiyimiz qolları vurduq. Uşaqları təbrik edirəm.

 

- Növbəti rəqib böyük ehtimalla "Neftçi" olacaq. Şansları necə dəyərləndirirsiniz?

- Hər komandanın eyni şansları var. Öncədən nəsə danışmayaq. Bütün komandalara qarşı eyni hazırlaşırıq.

 

- Bu gün 4 qol vurdunuz. Komandada qısa müddətdə nəyisə dəyişdiniz?

- Deyə bilərəm ki, hava şəraitinə görə çox qapıya zərbə üzərində işləmədik. Kəmiyyət nə zamansa keyfiyyətə çevriləcək.

 

- Bu nəticə yeni başlanğıc olacaq?

- Mental cəhətdən irəlidəki oyunlara köməyi olacaq. Əvvəl də çoxsaylı epizod yaradırdıq, amma vura bilmirdik.

 

Nuh Tarverdiyev