"CBC Sport"un Premyer Liqamızın XIX turuna şərhçi təyinatları bəllidi. Sport24.az xəbər verir ki, bu gün turun açılış matçını Ramil Cahangirovun şərhində olacaq.

Söhbət saat 17:30-da "ASCO Arena"da keçiriləcək "Səbail" - "Zirə" matçından gedir. 

Sabah saat 16:30-da "Bakcell Arena"da başlayacaq  "Neftçi" - "Sumqayıt" qarşılaşmasında Pərviz Musayev şərhçilik edəcək. Bundan 2 saat sonra "ASCO Arena"da baş tutacaq "Keşlə" - "Qarabağ" görüşündə Ramiz Mirzəzadə şərhçi olacaq.

Xatırladaq ki, sabahkı matçlardan saat 17:30-da "Bank Respublika Arena"da olacaq "Sabah" - "Qəbələ" oyununu PFL-in YouTube kanalı ilə izləmək mümkündü.