"Neftçi"nii kapitanı Emin Mahmudov braziliyalı veteran futbolçu Aleks de Souza ilə görüşüb. Sport24.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

 

Emin "Antalyaspor"un baş məşqçisi vəzifəsini tutan Aleksə öz formasını təqdim edib. Braziliyalı ulduz "Neftçi"nin formasını oğlu üçün istəyib.

 

Qeyd edək ki, uzun illər "Fənərbaxça"da çıxış edən de Souza 344 oyunda 172 qol vurub.