"Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova millisinə dəvət alıb. Sport24.az xəbər verir ki, Moldova millisinin baş məşqçisi Robert Bordin DÇ-2022-nin seçmə mərhələsində Danimarka (9 oktyabr) və İsrail (12 oktyabr) ilə oyunlar üçün 35 yaşlı qolkiperi də çağırıb.

Qeyd edək ki, Namaşko 2019-cu ildən "Keşlə"də çıxış edir.