"Ferentsvaroş"un kapitanı Ender Botka Macarıstan mətbuatına açıqlamasında "QArabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsininin ilk matçının keçirldiyi Tofiq Bəhramov adına Respublika stadionundakı kabab tüstüsündən şikayətlənib. Sport24.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov buna cavab olaraq bu milli yeməyimizi avroplalların necə bəyəndiyini vurğulayıb: "Hava hamımız üçün eynidi. Əgər fikirləşirlərsə ki, isti havada biz yaxşı oynayırıq, onlar zəif oynayır, belə deyil. İsti hava bizə daha çox təsir edir, nəinki kənardan gələnlərə. Kabab tüstüsünə gəldikdə, biz azərbaycanlıyıq, hər millətin, xalqın öz adət-ənənəsi var. Kababımız məşhurdu, milli yeməyimizdi, bütün avropalılar gələndə kababdan dadırlar, sonra da ondan arzu edirlər. Etirazım filan yoxdu. Belə oyunlarda bizdə kabab iyi gəlirsə, Avropada içki iyi gəlir, sosiska iyi gəlir. Hər ölkənin öz adət-ənənəsi var. Əksinə, belə şeylərə sevinirəm. Bizim kababımız haqda danışırlar. Kim o kababın dadına baxırsa, bir də Azərbaycana gəlmək istəyir. Tüstü 90 dəqiqə olmadı. Sevinirəm ki, bizim kabab haqda məlumatlanacaqlar ki, dad, ləzzət haradan gəlir?".