Bu gün I Liqada 19-cu tura start verilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, turnir cədvəlinin üst pillərində yer alan komandaların hamısı məhz bu gün meydana çıxacaqlar. 

 

"Bakı Sportinq" "Mingəçevir"lə, "Şəfa" "Şahdağ Qusar"la, "Səbail" isə MOİK-lə qarşılaşacaq.

 

Qeyd edək ki, turun digər iki qarşılaşması - "Şimal" – "Zaqatala" və "Difai" – "Cəbrayıl" görüşləri sabah keçiriləcək. 

 

I Liqa

XIX tur

 

15:00. "Bakı Sportinq" – "Mingəçevir"
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Ruslan Babayev, Sənan Bayramzadə
Buzovna qəsəbə stadionu

15:00. "Şəfa" – "Şahdağ Qusar" 
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Orxan İbişov, Kamran Əliyev
Binə qəsəbə stadionu

18:00. "Səbail" – MOİK 
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Sənan Atayev, Alik Yunusov
"Bayıl Arena"