Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Sport24.az xəbər verir ki, mərasim 11 avqustda AFFA-nın inzibati binasında baş tutacaq.

Saat 15:00-da başlanacaq tədbirə klub və KİV nümayəndələri dəvətlidir.

Birinci Divizionda yeni mövsüm 24 avqustda start götürəcək.