"Beşiktaş"ın baş məşqçisi Önder Karaveli "Qarabağ"ın futbolçusu Musa Qurbanlı ilə görüşüb. Sport24.az "Fotomaç"a istinadən xəbər verir ki, görüş Ağdam klubunun Türkiyənin Antalya bölgəsindəki toplanışı zamanı baş tutub.

Karaveli İstanbul təmsilçisinin skaut komandasını 20 yaşlı hücumçunu izləmək üçün Bakıya göndərəcək. Onlar Qurbanlıya fevralın 24-də Konfrans Liqasının pley-off mərhələsinin Fransa "Marsel"i ilə cavab görüşündə baxaraq  rəhbərliyə hesabat təqdim edəcək. Musa  cari mövsüm Azərbaycan Premyer Liqasında 6 qol və 4 məhsuldar ötürmə ilə ən çox fərqlənən yerli oyunçudur. 

Qeyd edək ki, Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.