"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyevin yeni köməkçisinin adı müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Yunis Hüseynov bundan sonra Qərb təmsilçisinin məşqçilər korpusunda təmsil olunacaq. 

 

Qeyd edək ki, Berdıyevin yardımçısı Cavid Hüseynov dünən "Səbail"in baş məşqçisi təyin olunub.