"Qarabağ"ın və milli komandamızın futbolçusu Bədavi Hüseynov Almaniyaya yollanacaq. Sport24.az xəbər verir ki, klubuyla yeni 2 illik müqvailə imzalayan 30 yaşlı mərkəz müdafiəçisi bu ölkədə cərrahiyyə əməliyyatı olunacaq. 

Bu, Münhendə məşhurlaşan klininada olacaq. Belə ki, diz nahiyəsində çarvazvari bağları qırılan Bədavi Almaniyada bu zədələr üzrə ixtisaslaşan həkimlər tərəfindən əməliyyat ediləcək. Təcrübəli futbolçu hazırda həmin ölkəyə viza məsələsinin həllini gözləyir və bu, reallaşandan sonra növbəti həftə səfərə çıxacağıq gözlənilir. 

Hüseynovun müalicə xərcləri bütünlüklə AFFA tərəfindən ödəniləcək. Bu da futbolçunun millidə zədələnməsiylə bağlıdı. "Qarabağ"ın üzvü millimizin Moldova yığmasıyla Kişinyovdakı yoldaşlıq görüşünün sonunda ağır xəsarət alaraq çıxışını davam etdirə bilməyib. Bədavinin minimum 6 aylıq sıradan çıxdığını nəzərə alsaq, 2021-dəki futbol ili onun üçün vaxtından əvvəl başa çatıb.

Xatırladaq ki, bu, Hüseynovun karyerasında 2-ci belə ağır zədədi. 2017/18 mövsümünün əvvəlində də Almaniyada əməlliyat olunan müdafiəçi uzun müddətə sıradan çıxmışdı.