"Ölkənizdə olmaqdan məmnunam". Sport24.az "Report"a istinadən xəbər verir ki, bunu hava limanında jurnalistlərə açıqlamasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Bakıya gələn İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta deyib.

 

O dəvətə görə Azərbaycana təşəkkür edib:

 

"Mən Bakıya sammitə görə gəlmişəm. Ölkənizdə olmaqdan məmnunam. Azərbaycana təşəkkür edirəm".