Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa çempinatları tarixində ən çox oyuna çıxmaqla rekorda imza atan futbolçuların siyahısını dərc edib. Sport24.az xəbər verir ki, siyahıda SSRİ yığmasının və "Neftçi"nin sabiq hücumçusu Anatoli Banişevskinin adı da yer alıb.

Belə ki, bu komandanın 3 üzvü - Valentin İvanov, Lev Yaşin və Viktor Ponedelnik AVRO-1964-ün final mərhələsində  4 oyun keçiriblər. Bu, həmin vaxt çempionatın rekordu sayılıb.

1972-ci ildəki Avropa çempionatında bu uğuru təkrarlayan futbolçulardan biri məhz Banişevski olub. 

Mütləq rekord Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldoya məxsusdur. Brlə ki, 36 yaşlı hücumçu Avropa çempionatlarında 21 oyuna çıxıb.

Qeyd edək ki, Banişevski 1968 və 1972-ci ildə SSRİ yığmasının heyətində Avropa çempionatında çıxış edib, sonuncu turnirdə gümüş medal qazanıb.