Azərbaycan Premyer Liqasının XVIII tura yekun vuran "Neftçi" - "Sabah" matçında xoşagəlməz hadisə baş verib. Sport24.az xəbər verir ki, Rəşad Əhmədovun baş hakimi olduğu  görüşün keçirildiyi "Bakcell Arena"da işıqlar sönüb.

Projektorlardakı problem səbəbindən qarşılaşma 28-ci dəqiqədə dayandırılıb. Komandalar meydanda texniki problemə son qoyulmasını gözləyib və mübarizəyə 8 dəqiqə sonra davam verilib. 

Qeyd edək ki, hazırda hesab açılmayıb.