Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" Niderland çempionatında elitada qalmaq uğrunda pley-off oyununa çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda "Villem II" ilə qarşılaşıb.
İlk matçda 2:1 hesablı qələbə qazanan "Volendam" cavab görüşündə eyni hesabla uduzub. Bu səbəbdən oyun əlavə vaxta gedib.
Əlavə vaxtda hesab açılmayıb və qalib penaltilər seriyasından sonra dəqiqləşib. Son zərbələrdə daha uğurlu olan "Villem II" qələbə qazanıb və Erediviziyaya yüksəlib.
"Volendam" isə yeni mövsümdə I Liqada mübarizə aparacaq.
Ozan bu görüşdə iştirak etməyib.