İrlandiya milli komandasının baş məşqçisi Stiven Kenni istefaya göndərilə bilər. Sport24.az xəbər verir ki, buna səbəb komandanın göstərdiyi uğursuz nəticələrdi.
Yerli federasiya baş məşqçiyə güvəndiyini bəayn edib. Amma alınacaq uğursuz nəticələr də Kenninin istefasını tezləşdirəcək.
Onu bu postda kimin əvəzləyə biləcəyi də artıq məlumdu. Belə ki, Kenni tutduğu postdan uzaqlaşdırılsa, onu Kris Hyuton əvəzləyəcək.
Xatırladaq ki, İrladiya millisinin DÇ-2022-nin seçmə mərhələsindəki növbəti matçı oktyabrın 9-da Bakıda Azərbaycana qarşı olacaq.