Dünyanın ən yaxşı futbol liqalarının 2020-ci il üzrə reytinq cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) hazırladığı siyahıda 80 ölkə çempionatı yer alıb.

Azərbaycan Premyer Liqası reytinq cədvəlində 174 xalla 74-cü sırada qərarlaşıb.

2020-ci ilin ən reytinqli liqası isə 1026 xalla İtaliya A Seriyası olub. İkinci sırada 1003 xalla İngiltərə Premyer Liqası, üçüncüdə isə 964 xalla Braziliya A Seriyası qərarlaşıb.