Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının başlama saatı bəlli olub. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma aprelin 24-də baş tutacaq.

 

İlk olaraq "Qəbələ" və "Zirə" kollektivləri meydana çıxacaq. Qəbələdə keçiriləcək matç saat 17:00-da start götürəcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda isə "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, bu cütlüklər arasında baş tutan ilk oyunda "Qarabağ" "Neftçi"ni 4:0, "Zirə" isə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib