Gələn həftə Azərbaycan kubokunda 2022/23 mövsümünə start veriləcək.

Sport24.az xəbər verir ki, 1/8 finalın oyunları iki günü əhatə edəcək. 

Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını açıqlayıb.

Azərbaycan kuboku
1/8 final

22 noyabr

“Şamaxı” - “Turan Tovuz” – 1 oyun, +1=0-1 top fərqi 3-1

Komandaların yolları indiyədək yalnız bir dəfə kəsişib. 7 il əvvəlki görüşdə hər iki tərəf qol vurub və qələbəni indiki “Şamaxı” qazanıb.

2015/16
1/8 final

Turan Tovuz - İnter (Bakı) 1:3

“Qəbələ” – “Araz-Naxçıvan” – indiyədək qarşılaşmayıblar

MOİK - “Səbail” – indiyədək qarşılaşmayıblar

23 noyabr

“Sabah” – “Qaradağ Lökbatan” – indiyədək qarşılaşmayıblar

“Mingəçevir” - “Zirə” – indiyədək qarşılaşmayıblar

“Kəpəz” - “Sumqayıt” – indiyədək qarşılaşmayıblar