Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.  

 

I Liqada mübarizə aparan "Şahdağ Qusar" "Turan Tovuz"u sınağa çəkəcək. Qusar klubunun ev oyunlarını keçirdiyi Şamaxı Olimpiya İdman Kompleksinin stadionu kubokun 1/8 final mərhələsinin matçlarını qəbul etmək üçün yararlı olmadığından bu görüş Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq. 

 

Günün ikinci qarşılaşması isə Zirədə baş tutacaq. Bu mərhələnin mərkəzi oyununda qəsəbənin eyniadlı təmsilçisi "Neftçi"ni qonaq edir. 

 

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. Bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq. 

 

Azərbaycan kuboku

1/8 final

2 dekabr

15:00. "Şahdağ Qusar" - "Turan Tovuz"
Hakimlər: 
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
Sumqayıt. "SOCAR Polymer Arena"

19:00. "Zirə" - "Neftçi"
Hakimlər:
 Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Zirə. İdman Kompleksinin stadionu