"İnter" in(hazırkı "Keşlə") bolqarıstanlı sabiq futbolçusu Petar Zlatinov ölkəsinin "Vihren" klubunun baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, 40 yaşlı mütəxəssis bu vəzifədə Zdravko Lazarovu əvəzləyib. Müqavilənin detalları açıqlanmayıb.

Zlatinov 2017/18 mövsümündə də həvəskarlar liqasında oynayan komandaya başçılıq edib.

Qeyd edək ki, Petar 2008-13-cü illərdə çıxış etdiyi "İnter"lə  iki dəfə Azərbaycan çempionu olub.