21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Estoniya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib. Sport24.az xəbər verir ki, AFFA martın 25-dəki qarşılaşmanın Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcəyini rəsmən açıqlayıb.

Qarşılaşmanın başlama saatı hələlik bəlli deyil.