"Keşlə"nin əsas heyət üzvü Azər Salahlı ardıcıl 2-ci turdu meydana çıxmır. Millimizin də üzvü olan sol cinah müdafiəçisi keçən turda "Zirə"ylə ev matçında sonadək ehyiyatda qaldısa, "Neftçi"ylə hazırda ilk hissəsi gedən səfər görüşünə ümumiyyətlə, sifariş olunmayıb.

Azər Sport24.az-a açıqlamasında zədə probleminin olduğunu söyləyib: "Bu, millidən qayıdanda məşqdə oldu. Əzələ dartılmasıdı. 7-10 günlük müalicə lazım idi. İnşallah, növbəti oyuna hazır olacam".

Xatırladaq ki, "Keşlə" növbəti turda sentyabrın 25-də evdə "Qarabağ"la görüşəcək. 

 

MEHMAN SÜLEYMANOV