"Kənan Kərimovdan təklif gəldi, qəbul etdim". Bu sözləri Sport24.az saytına açıqlamasında "Karvan"a yeni baş məşqçi təyin edilmiş Azər Həşimov deyib.
Gənc mütəxəssis "Karvan"ın 2025/2026 mövsümündə Misli Premyer Liqasında hədəflərindən də bəhs edib:
"Premyer Liqada ilk dəfə baş məşqçi kimi debüt edəcəm. Özümə inanıram. "Karvan"ın adına layiq, əzmkar, rəngarəng komanda formalaşdırıb adımızdan söz etdirməyə çalışacayıq. Komandanın növbəti mövsüm üçün hədəfi orta pillələrdə qərarlaşmaqdır. Yeni mövsüm üçün heyətimiz tam komplektləşməyib. Bu, tez bir zamanda baş tutacaq. Transferləri tam yekunlaşdırmamışıq. Bu barədə rəsmi məlumat veriləcək".
Qeyd edək ki, Həşimov bu yay "Karvan"ın baş məşqçisi təyin olunub.