Misli Premyer Liqasının XXVI turunun "Sumqayıt" - "Kəpəz" oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

 

- Ən zəif oyunumuzu oynadıq. Qol vura bilməyəndə pis duruma düşürük. Şanslarımız oldu, dəyərləndirə bilmədik.

 

- Futbol oynamaq üçün ideal idi hər şey. Xal qazanmağa nə mane oldu?

- Fərqli hissələr oldu. Birinci yarıda imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. Fasilədən sonrakı oyunu bəyənmədim, tapşırıqlar icra olunmadı. Komanda daxilində problem var, onu tapacam.

 

- "Neftçi" ilə oyundan sonra heyət məsələsini qabartmışdınız... 

- "Sumqayıt"ın keyfiyyətli heyəti var.

 

- Əsas rəqiblərlə xal itirirsiz, amma güclüləri məğlub edə bilirsiz. Düşünürsüz ki, arxayınlıq var?

- İsinmə hərəkətləri zamanı belə arxayınlığı hiss etmək olur. Bu gün sonlarda olmağımıza səbəb psixoloji durumdur. Bunu aradan qaldıra bilsək, yaxşı olar.

 

- Komanda daxilində problem nədir?

- Axtaracağıq.

 

- Bu mövsüm "Sumqayıt"a qol vura bilməmisiniz. Bu, nə ilə bağlıdır?

- Son 6-7 həftəni sırf realizasiya üzərində işləyirik. Qapıya zərbə vuran futbolçu başını qaldırıb, baxmamlıdır. Əvvəldən özünü kökləməlidir. Elə epizodlardan qol vura bilmirik ki... Amma gülməli qollar buraxırıq.

 

- 11 tur qol vura bilməyən komandadsn 3 top buraxmaq necə təsir edir?

- Hər məğlubiyyət həzm olunası deyil. Uduzmaq olar, amma bu gün məğlub olmaq istəmirdik.

 

- Oyundan əvvəl Vaqif Cavadov sizi duelə çağırmışdı. Ona məğlub oldunuz?

- Duel məsələsi deyil, inşallah, hər şey "Kəpəz" üçün yaxşı olar.

 

- Növbəti turda "Qarabağ", daha sonra "Səbail"lə qarşılaşacaqsız. Hansı oyuna daha çox diqqət edəcəksiz?

- Hər oyun bizimçün vacibdir. Rəqibə baxmamalıyıq.

 

Nuh Tarverdiyev