"Şamaxı"nın yeni baş məşqçisi Azər Bağırov sabiq komandası "Kəpəz"dən bir neçə futbolçunu heyətində görmək istəyir. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, mütəxəssis Gəncə klubunda birlikdə çalışdığı üç oyunçunun transferində maraqlıdır. Bağırov bununla bağlı istəyini artıq klub rəhbərliyinə də çatdırıb.

Məlumata əsasən, "Kəpəz" həmin futbolçularla yeni müqavilə imzalamağa nail olmasa, onlar karyeralarını "Şamaxı"da davam etdirə bilərlər.

Söhbət Rauf Hüseynli, Onanuqa Olavale və Mate Abuladzedən gedir. Hər üç futbolçu Azər Bağırovun rəhbərliyi altında "Kəpəz"də əsas heyət üzvlərindən biri olub.

Qeyd edək ki, Rauf Hüseynli, Onanuqa Olavale və Mate Abuladzenin "Kəpəz"lə müqavilələrinin müddəti başa çatıb və hazırda onlar azad agent statusu daşıyırlar.