"Kəpəz"lə müqaviləsi başa çatan Fərid Nəbiyev karyerasını "Şamaxı"da davam etdirməyə yaxındır. Sport24.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
"Şirlər"in yeni baş məşqçisi Azər Bağırov futbolçunu sərəncamında görmək istəyir.
Qeyd edək ki, Nəbiyev ötən mövsüm "Kəpəz"in heyətində 32 oyunda 4 qol vurmağı bacarıb.