"Kəpəz" Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Maraqlı oyun keçdi. Futbolçularımın oyunundan çox razı qaldım. Bəxtsizliyimiz oldu. Əlimizə düşən fürsətləri vursaydıq, daha fərqli oyun gedəcəkdi. Səhvlərimizi təhlil edib daha da yaxşı olmağa çalışacağıq. "Araz-Naxçıvan"ı təbrik edirəm.

 

- Oyundan sonra hakimlərə nə dediniz?

- Təşəkkür etdim. Yaxşı oyun idarə etdilər. İdarəçilikdən razıyam.