U-21-in yeni baş məşqçisi müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, AFFA rəhbərliyi ümid yığmasının "sükanını" "Şamaxı"nın çalışdırıcısı Ayxan Abbasova tapşırıb.

 

Qarşılıqlı razılıq əsasında Abbasov həm klubda, həm də yığmada çalışacaq. Assosiasiyanın planına əsasən bölgə təmsilçisi gənclər yığmasının əsas bazasını təşkil edəcək.

 

Qeyd edək ki, Samir Əliyevin gedişindən sonra U-21-in baş məşqçisi postu boş qalmışdı.