Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində səfərdə “Neftçi” ilə qolsuz bərabərliyə qalan “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 40 yaşlı çalışdırıcı əvvəlcə oyunu dəyərləndirib.

- Son çempionat qarşı oynayırdıq. Bir sıra ev oyunlarını təhlil etdikdə, ilk dəqiqələrdə fərqlənməyə can atdıqları sezilirdi. Uşaqlarımıza əhsən düşür. Məncə, rəqibə yüz faizli şans vermədik. Əvəzində bizim qol şansımız oldu. Təəssüf ki, Tellur daha soyuqqanlı ola bilmədi. Heyət kəsirlərimiz nəhayət ki, düzəltmişdi, indi də Əli Qurbani sıradan çıxdı. Əlimizi yanımıza salmayıb, mübarizə aparacağıq.

- İlk yarıda daha qapalı oynayırsınız, fasilədən sonra daha yüksək oynamağa başladınız. Bu, ev tapşırığı idi?
- İrəlidə Rəhim və Rüfətin başının üstünü bir neçə rəqib kəsirdi. Bilirdik ki, sonlara yaxın rəqib bir qədər yorulacaq və bundan istifadə etməyə çalışdıq.

- Rəhim Sadıxov bugünkü qədər top itirməmişdi...
- Hər kəsdə belə şeylər olur. Rəhim önəmli oyuncularımızdandı.

- Qışda transfer ediləcək ki, vəziyyət düzəlsin, yoxsa rəhbərlik növbəti mövsüm planlarını cızır?
- Hələ Konfrans Liqası öncəsi deyirdim ki, zədəlilər olsa işimiz çətinləşəcək. İndidən konkret cavab verə bilmirəm. Rəhbərliklə hər iki variantı müzakirə edəcəyik.