"CBC Sport"u Misli Premyer Liqasının XV turuna tam şərhçi təyinatları bəlli olub. Sport24.az xəbər verir ki, bu gün Şamaxıya Fərid Axundov ezam olunub.

Belə ki, o, Şamaxı şəhər stadionunda saat 14:00-da başlayacaq "Şamaxı" - "Kəpəz" matçını şərh edəcək. Bundan 5 saat sonra "Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Zirə" görüşündə Süleyman Vəliyev şərhçi olacaq. 

Sabah Tovuzda Ramiz Mirzəzadə iş başında olacaq. Bu, saat 14:00-da Tovuz şəhər stadionunda start götürəcək "Turan Tovuz" - "Sabah2 qarşılaşmasıdı. Bundan sonra - saat 16:30-da "Kapital Bank Arena"da tura yekun vuracaq "Sumqayıt" - "Qəbələ" oyununu Pərviz Musayevin şərhində izləyəcəyik.