Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib. Sport24.az xəbər verir ki,  o, bununla bağlı şəxsi "Twitter" səhifəsində yazıb: "Qarabağ"ı bir daha təbrik edirəm. Komanda UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Yenə heyrətamiz futbol matçı oldu".

Bu yerdə bildirək ki, Mixalko bundan əvvəl Ağdam təmsilçisini III təsnifat mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik etmişdi.

Qeyd edək ki, ilk oyunda Macarıstan "Ferentsvaroş"u ilə 1:1 hesablı heç-heçə edən "Qarabağ" cavab görüşündə 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib.