"Atletik"in hücumçusu İnaki Uilyams "Mançester Yunayted"lə Avropa Liqasının ilk yarımfinal oyunundan sonra (0:3) hakimliklə bağlı danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə As nəşrinə açıqlama verib:

 

"Biz ən yaxşı oyunumuzu sərgiləməyə çalışdıq. Onlar da həmçinin. Bəzi məqamlar oldu ki, bu məndə şübhə yaratdı. Penaltidən əvvəlki epizod Qarnaçonun əllə oyunu ilə başladı, hakim bunu görmədi. Sonra onunla Vivian arasında ikili mübarizə oldu və o yüngül toxunuşdan yıxıldı. Təəssüf ki, hakim fit çaldı.

Yaxşı oynamadıq, bəhanə axtarmağa dəyməz. 0:3 hesabı ilə yenilsək də. İkinci görüşdə geridönüş edə bilərik. Biz artıq "Lion"un onlara öz meydanlarında necə problem yaratdığını görmüşük və biz də eyni şeyi etməyə çalışacağıq".

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü mayın 8-də baş tutacaq.