Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.

Sport24.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 11-də keçiriləcək “Tvente” (Niderland) – “Çukariçki” (Serbiya) oyununun hakim-inspektoru olacaq.