"Qarabağ" bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda bu gün "Bodo-Qlimt"in qonağı olacaq. Norveçdə baş tutacaq görüşə saat 21:45-də start götürəcək.

 

Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov Sport24.az-a açıqlamasında görüşlə bağlı fikirlərini bölüşüb:

 

"Avrokubokda 3 məğlubiyyətdən sonra "Qarabağ"da ruh düşkünlüyü ola bilər. Bu oyuna sırf dönüş nöqtəsi kimi baxmaq lazımdır. Qazanılan bir və ya üç xal "Qarabağ"ı uğursuzluqdan çıxara bilər. Hava şəraiti və cəza səbəbindən oyunu buraxacaq olanlar Elvin Cəfərquliyev və Julio Romaonun yoxluğu mənfi təsir göstərə bilər. Amma Ağdam klubunun heyətində bir-birini əvəz edəcək futbolçular var. Təmsilçimiz öz istədiyi oyunu oynaya bilsə, Norveçdən sərfəli nəticə ilə qayıda bilər. İlk dəqiqələrdən rəqibdən çəkinmədiyimizi göstərməliyik".