Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında XIV tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Mərdəkanda keçiriləcək.
"Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir. Son 5 gündə bu komandalar ikinci dəfə üz-üzə gəlirlər. Ötən həftənin cümə axşamı, ölkə kubokunun 1/8 final mərhələsində Gəncə təmsilçisi naxçıvanlıları mübarizədən kənarlaşdırmaqla yadda qaldılar. Bəs bu dəfə necə olacaq? Elmar Baxşıyevin yetirmələri ötən tur səfərdə "Qəbələ"yə məğlub olub və hazırda 20 xalla turnir cədvəlində 6-cı yerdədir. "Kəpəz" isə 6 xalla 10-cudur.
Qeyd edək ki, turun dünən keçirilən qarşılaşmalarında "Sabah" "Neftçi"ni (2:0) məğlub edib. "Qəbələ" - "Turan Tovuz" matçı isə 24-cü dəqiqədə qatı duman səbəbindən yarımçıq qalıb.
Misli Premyer Liqası
II dövrə, XIV tur
17:00. "Araz-Naxçıvan" - "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Mərdəkan. "Liv Bona Dea Arena".