Misli Premyer Liqa təmsilçisində çıxış edən 10 klubun hamısı qış təlim-məşq toplanışlarını Antalyada keçirərək artıq başa vurublar. Təbii ki, ora yollanmaqda əsas məqsəd əcnəbi komandalarla yoxlama matçları keçirməkdi. Bəs, bu sınaqlar hansı nəticələri göstərdi? Bu statistik araşdırma yazısında buna toxunacağıq.
Klublarımız Türkiyənin adıçəkilən kurort şəhərində bu dəfə ümumilikdə 27 matça çıxdılar. Əksəri 3 oyun keçirdi. Yalnız "Sabah"la "Sumqayıt"ın hamıdan az - hərəyə 2 görüşü oldu. "Şamaxı" isə 3 matça çıxsa da, 1-i hava şəraitinə görə başa çatdırılmadığından aktivində 2 oyun oldu. Ən zəfi nəticə də bu komandaya aiddi. Belə ki, "Şamaxı" nəinki qələbə qazana, qol da vura bilmədi.
Amma əvəzində digər əyalət təmsiçisi ən yaxşısı oldu. Bu sözlər "Kəpəz"ə aiddi. Belə ki, Gəncə təmsilçisi heç bir matçda uduzmayaraq qapısıda top da görmədi. Digər klublarımızdan məğlubiyyət acısı dadmayan bir də "Sabah" oldu.
Daha bir yüksək göstərici də əyalət klubuna aiddi. Belə ki, Antalyada bombardir "Turan Tovuz"lu Ayxan Hüseynov oldu. Bu gənc yarımmüdafiəçi 3 qol vuraraq hər 3 matçda fərqlənməyi bacardı.
Premyer Liqamızın qış çempionu "Qarabağ"ın cəmi 1 oyunda qələbə qazanması, qalan 2-də məğlubiyyətə üzülməsi də diqqət çəkdi.
Klublarımızın Antalya toplanışında keçirdiyi yoxlama matçları
1. "Qarabağ" - 3 oyun, 1 qələbə, 2 məğlubiyyət, topların fərqi 3-7, 3 xal
“Rakuv” (Polşa) 0:3
“Çukariçki” (Serbiya) 1:0
Qol: Kevin Medina
“Poqon” (Polşa) 2:4
Qollar: Marko Yankoviç, Abdullah Zubir
2. "Sabah" - 2 oyun, 1 qələbə, 1 heç-heçə, topların fərqi 5-3, 4 xal
“Varta” (Polşa) 1:1
Qol: Aleksey Kaşuk
“Voyvodina” (Serbiya) 4:2
Qollar: Davit Volkov (2), Aleksey İsayev, Aleksey Kaşuk
3. "Neftçi" - 3 oyun, 1 heç-heçə, 2 məğlubiyyət, topların fərqi 2-4, 1 xal
“Vaşaş” (Macarıstan) 1:1
Qol: Kenni Sayef
“Medz Leqnisa” (Polşa) 1:2
Qol: Ağadadaş Salyanski
“Srvena Zvezda” (Serbiya) 0:1
4. "Zirə" - 3 oyun, 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, toplarınfərqi, 4-5, 4 xal
“Çindia” (Rumıniya) 3:2
Qol: Coşqun Diniyev, Toni Qomis, Heytu Keyta
“Szeged-Csanad” (Macarıstan) 1:3
Qol: Toni Qomis
“Radniçki” (Serbiya) 0:0
5. "Qəbələ" - 3 oyun, 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, topların fərqi 6-6, 4 xal
“Sepsi” (Rumıniya) 2:2
Qollar: Ülvi İsgədərov, İsnik Alimi (pen)
“Lukanvalde” (Almaniya) 3:2
Qollar: Gülağa Əsədov, Ramon Maçado, Felipe Santos
“Teplitse” (Çexiya) 1:2
Qol: Ramon Maçado
6. "Turan Tovuz" - 3 oyun, 2 qələbə, 1 məğlubiyyət, topların fərqi 5-3, 6 xal
“Petrolul” (Rumıniya) 2:3
Qollar: Denis Marandiç, Ayxan Hüseynov (pen)
“Aarau” (İsveçrə) 1:0
Qol: Ayxan Hüseynov
“Jetısu” (Qazaxıstan) 2:0
Qollar: Ayxan Hüseynov, Denis Marandiç
7. "Şamaxı" - 2 oyun, 1 heç-heçə, 1 məğlubiyyət, topların fərqi 0-1, 1 xal
“Kaysar” (Qazaxıstan) 0:0
“Botaşani” (Rumıniya) 0:1 (başa çatmayıb)
“Napredak” (Serbiya) 0:1
8. "Sumqayıt" - 2 oyun, 1 qələbə, 1 heç-heçə, topların fərqi 3-3, 3 xal
“Radnik” (Serbiya) 2:1
Qollar: Süleyman Əhmədov (2)
“Krılya Sovetov” (Rusiya) 0:1
9. "Kəpəz" - 3 oyun, 2 qələbə, 1 heç-heçə, topların fərqi 4-0, 7 xal
“MTK Budapeşt” (Macarıstan) 1:0
Qol: Fərid Nəbiyev
“Novı Pazar” (Serbiya) 0:0
“Kaysar” (Qazaxıstan) 3:0
Qollar: Ahmed Ayzaya (2, 1-i pen), Mate Kvikviya
10. "Səbail" - 3 oyun, 2 heç-heçə, 1 məğlubiyyət, topların fərqi 2-3, 1 xal
“Legiya” (Polşa) 2:2
Qollar: Qustavo de Fransa, Mirabdulla Abbasov (pen)
“Bohemians” (Çexiya) 0:0
“Spartak” (Serbiya) 0:1